Müğənni və aparıcı Seda Sayanın özündən 24 yaş kiçik həyat yoldaşı Çağlar Öktendən ayrıldığı iddia edilib. 

"Unikal" ensonhaber-ə istinadən xəbər verir  ki, Sayanın son zamanlar həyat yoldaşı ilə birlikdə görünməməsi diqqət çəkib. Hər zaman jurnalistlərə açıqlamasında Çağlar ilə yaşadığı həyatdan bəhs edən müğənni indi demək olar ki, açıqlama verməkdən qaçır.  

Hətta, cütlüyün ayrı evlərdə yaşadıqları bildirilib.  İkili tərəfdən heç bir aydın açıqlama verilməyib. 

Qeyd edək ki, Seda Sayan ötən ilin aprelin 25-də  musiqiçi Çağlar Öktenlə ailə həyatı qurub.  Bu, onun 7-ci evliliyidir.