Ombudsman tıxacların aradan qaldırılması ilə bağlı təklif irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində qeyd edilib.
Sənəddə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) müvafiq marşrut xətləri üzrə sərnişinlərin sıxlığına uyğunlaşdırılması, daşıyıcı şirkətlərin fəaliyyətinə, o cümlədən sürücülərin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif edilir.
Anar Kəlbiyev