İfaları ilə yanaşı, sosial media hesabında yayımladığı paylaşımlarla adından söz etdirən Zeynep Bastıkın başına iş gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni 16 sentyabr 2022-ci ildə "YouTube" kanalında yerləşdirdiyi videoya görə cərimələnib.
Belə ki, klipdə spirtli içki reklamı edən Zeynep Bastık 155 min 712 TL cərimə olunub. Müğənninin 10 milyon baxış sayına çatan klipi yayımdan çıxarılıb. Zeynep Bastık mövzu ilə bağlı heç bir açıqlama verməyib.