"Ünvanlı sosial yardım almaq üçün iş yerindən arayış lazımdır. Həmin şəxs bu arayışı haradan gətirsin? Ya tısbağanı arxası üstə çevir, ya da öldür, eyni məsələdir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, qeyd etdiyi məsələ ilə bağlı qanunun 7.1-ci maddəsi dəyişməlidir: "Orada istisnalar olmalıdır. Haqqı olan vətəndaş yardım ala bilmir. Bu da qanuna görədir. Qanuna dəyişiklik olmalıdır ki, onların da əli-qolu açılsın".

Anar Kəlbiyev