Kahramanmaraşda baş verən iki şiddətli zəlzələdən sonra 10 vilayətdə böyük dağıntılar qeydə alınıb.
"Unikal" xəbər verir ki, "Əsrin fəlakəti"ndən təsirlənən yerlərdən biri də "Zerda" serialının çəkildiyi Hurşit Ağa Köşkü olub.
Qaziantepin Nurdağı mahalının Sakçagözü qəsəbəsində 1916-cı ildə inşa edilən Hurşit Ağa malikanəsi Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dağılıb. 2002-2004-cü illər arasında yayımlanan "Zerda" serialı ilə yanaşı, bir çox filmə ev sahibliyi edən və 3 ayrı hissədən ibarət malikanə ciddi şəkildə zədələnib.