Dünyaca məşhur aktyor Leonardo Di Kaprio axtarışda olan malayziyalı iş adamı Coy Loun dələduzluğu işi üzrə dindirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, aktyor iş adamı ilə bir sıra layihələrdə əməkdaşlıq edib.
Hollivud ulduzu Lou ilə tanış olduğunu və hətta onunla işgüzar əlaqələrinin olduğunu təsdiqləyib. Lakin aktyor biznes tərəfdaşının dələduzluq sxemləri haqqında heç nə bilmədiyini dilə gətirib.
Qeyd edək ki, malayziyalı iş adamı Coy Lou bir neçə milyard dollar pulun yuyulmasında ittiham olunub. Hazırda o axtarışdadır.