Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
"Unikal" xəbər verir ki, Rusiya sülhməramlılarına məxsus 11 təminat-təchizat və minik avtomobilinin aksiya ərazisindən Laçına və əks istiqamətdə maneəsiz keçidinə şərait yaradılıb.
Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 61-ə çatıb.