"Qrey anatomiyası" serialının aktyoru İsayya Vaşinqton karyersını bitirmək qərarı alıb.
"Unikal" xəbər verir ki, aktyor bu barədə tviter hesabında yazıb. O, qərarını qaradərili olduğu üçün qarşılaşdığı çıtinliklərə görə atdığını vurğulayıb:

"Görünür, nifrət edənlər, təxribatçılar qalib gəldi. Artıq məni insanların rənglərlə bağlı irəli-geri düşüncələri, siyasəti və zarafatları maraqlandırmır".