Müğənni və rejissor Mahsun Kırmızıgül sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, zəlzələnin yaratdığı fəsadları aradan qaldırmağa çağırış edib.
Həmçinin, Kırmızıgül son 2 gündə gündəm olan siyasi hadisələrə görə üsyan edib.
"Qoyun can dərdində, Qəssab ət dərdində. Zəlzələ bölgəsindəyik. Yaxınlarını və hər şeyi itirmiş çarəsiz və ağrılı insanların fəryadları insanı kövrəldir. Dağıntılar altında məzarlarını gözləyən ölülər varkən siyasi gündəmi buraxın. Milət ac, susuz və acizdir", - deyə yazıb.