Qarabağda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.

"Unikal" xəbər verir ki, bu barədə "Caliber"  teleqram kanalında məlumat yayıb. 

Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir çadırlı “Ural” və su çəni olan “KamAZ”, sütunun sonunda isə BTR-82A hərəkət edir. Sözügedən videoda hərbi maşınların üzərində Rusiya bayrağı qaldırılıb.

Kolonka qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edir.