Tbilisidə etirazçılar parlamentdən xarici agentlər haqqında qanun layihəsini ləğv etməyi və həbs olunanların hamısını azad etməyi tələb ediblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün səlahiyyətlilərə bir saat vaxt verilib. Əks halda etirazçılar "başqa addımlar atacaqlarına" söz veriblər.

***21:24

Gürcüstanda dünəndən başlayan kütləvi etiraz aksiyası bu gün də paytaxt Tbilisidə davam edir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin qarşısına 10 mindən çox insan toplaşıb.

Xatırladaq ki, çərşənbə axşamı Gürcüstan parlamenti gözlənilmədən "xarici agentlər" haqqında Rusiya qanunvericiliyinə bənzəyən, Qərbin təsirini məhdudlaşdırmaq məqsədi daşıyan qanunu birinci oxunuşda qəbul edib. Bütün bunlar parlamentin yaxınlığında kortəbii etirazlara və qarşıdurmalara səbəb olub, polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. 

Ağarza Elçinoğlu