Bu gün Bakıda baş verən silahlı insidentlə bağlı cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən bildirilib.
Xəbərə görə, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.
"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcəkdir", məlumatda deyilir.