Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə əldə edib.
"Unikal" xəbər verir ki, 97 kq-da çıxış edən idmançı yarımfinalda Almaniya təmsilçisi Lukas Lazogianisə 7:5 hesabı ilə qalib gəlib.
O, finalda macarıstanlı Aleks Şokeni sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli adını finala yazdırıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə moldovalı Aleksandrin Qutunla üz-üzə gələcək.