Müğənni Mahsun Kırımızıgül Bakıda solo konserti zamanı verdiyi sözü tutub. Belə ki, o, konsert zamanı aldığı hədiyyəni Türkiyədə zəlzələdən zərər çəkən uşağa bağışlayıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Kırımızıgül "İnstagram" hesabında paylaşım edib.
"Azərbaycanda konsertimdə aldığım hədiyyəni zəlzələ bölgəsi Adıyamanda yaşayan əziz Yağmura çatdırdım. Çox xoşbəxt oldu. Təşəkkür etdi", - müğənni qeyd edib.