Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir, qayğılarını daim diqqət mərkəzində saxlayır.  

"Unikal" xəbər verir ki, RİH başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 17 mart 2023-cü il tarixində Sumqayıt şəhər, Yaşıldərə massivi ərazisində yerləşən Xıdırlı kənd tam orta məktəbində  keçirilib. 

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirblər. 

Qəbul zamanı  17 məsələ qaldırılmışdır ki, onlardan 5-i yerində həll olunmuş, 6-sı  baxılması üçün nəzarətə götürülmüşdür. 6 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. 

Sonda sakinlər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə, keçmiş məcburi köçkünlər üçün görülən bütün işlərə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. 

Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan, eyni zamanda göstərdiyi diqqət və qayğıya görə RİH başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.