Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bayram şənliyi keçirilib.
"Unikal" xəbər verir ki, Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə keçirilən bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Qoruğun əməkdaşları, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə həmçinin, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunmuş xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olmuşlar.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək əziz bayram günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük çoşğu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini “Novruz bayramı” münasibətilə təbrik etdi, hər kəsə xoş bayram ovqatı arzuladı.
“İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarını və Xalqımızı qədim adət-ənənələrə söykənən bayram münasibəti ilə təbrik etdi. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyevin Qala Qoruğuna daim göstərdiyi diqqət və qayğıdan bəhs edərək 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış açıq səma altında muzey kompleksinin açılışında Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakını vurğuladı. Eyni zamanda, 2009-cu il tarixində Novruz bayramının çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini qeyd etdi.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Qala qoruğunda möhtəşəm konsert proqramı ilə davam etdirilib.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etmişdir.