30 yaşlı müğənni Selena Qomez "İnstaqram kraliçası" titulunu qorumağa davam edir.
"Unikal" xəbər verir ki, bir ay əvvəl sosial şəbəkədə ən populyar qadın titulunu Kayli Cennerdən (382 milyon abunəçi) alan ifaçının abunəçilərinin sayı 400 milyonu keçib.
Selenanın bu göstəriciyə Heyli Biber və Kayli Cennerlə qalmaqaldan sonra sahib olduğu bildirilib.