"Qərb ölkələri Ukraynada artıq nüvə komponenti olan silahlardan istifadə etməyə başlayır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə Moskvada keçirdiyi danışıqlardan sonra deyib.
Həmçinin, Putin Böyük Britaniyanın tükənmiş uran mərmilərini Ukraynaya ötürmək planlarına münasibət bildirib.
"Məlum oldu ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ukraynaya təkcə tanklar deyil, həm də tükənmiş uranla mərmilər tədarük edəcəyini bəyan edib. Görünür ki, Qərb həqiqətən də Rusiya ilə sonuncu ukraynalı qalana qədər vuruşmağa qərar verib, nəinki sözdə, eləcə də əməldə", - deyə Putin qeyd edib.