Finlandiya Türkiyədə keçiriləcək seçkilərə qədər NATO-ya üzv ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O qeyd edib ki, Macarıstan parlamenti Finlandiyanın üzvlük protokolunu tezliklə ratifikasiya edəcək, Türkiyə parlamenti isə seçkilərdən əvvəl bu prosesi yekunlaşdıracaq.
"Mən Finlandiyanın Türkiyədəki seçkilərdən əvvəl NATO üzvü olmasını gözləyirəm. İsveçlə bağlı konkret tarixlər deyə bilmərəm, lakin onun da daxil olması prioritetdir”, - NATO rəhbəri deyib.