Gəncə şəhərində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə,  hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb qadın sürücü olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov