Azərbaycanın daha bir rayonunda zəlzələ olub. 

Zəlzələlərin tədqiqatı bürosundan "Unikal"a verilən məlumata əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy  stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb.  

***

İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.

Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda qeydə alınıb.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.