“Dəniz Səttarlı və Fidan Qarayevanı Massaçusets Texnologiya İnstitutuna qəbul olmalarını alqışlayırıq”.
"Unikal" xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin azərbaycanlı abituriyentlərin ABŞ-da tələbə adını almaları ilə bağlı paylaşımında yer alıb.
“Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur”, - səfirlikdən bildirilib.