Bu gün ölkəmizin bir sıra magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, martın 25-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.