Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində “Mercedes-Benz” markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.