Hollivudun məşhur cütlüyü ayrılır.

"Unikal"  xəbər verir ki, aktrisa Riz Uizerspun 11 ildən sonra həyat yoldaşı Cim Totla boşanır. Bu barədə aktrisa sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:

"Boşanma qərarını vermək çətin idi. Biz birlikdə çox gözəl illər keçirmişik. Hər şeyi dərin sevgi, mehribanlıq, qarşılıqlı hörmətlə etmişik".

Cütlük bildirib ki, hazırda onlar üçün önəmli olan 11 yaşlı övladları Tennessi Ceyms Totdur. Aktrisa bildirib ki, dost kimi ayrılırlar.