Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.