Göygöldə "Mercedes" aşıb sürücüsü ölüb.

"Unikal"ın məlumatına görə, Göygöldə ölümlə nəticələnən qəza baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətə olan "Mercedes" markalı avtomobil aşıb. Qəza zamanı xəsarət alan sürücü 1980-ci il təvəllüdlü Emin Novruzov xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov