Rusiya polkovnik-leytenant Dmitri Lissitskinin ölümünü təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə Stavropol vilayətinin meri Aleksandr Tenkov açıqlayıb. 

O, Rusiya qəhrəmanının öz mənzilində intihar etdiyini bildirib. 

Lissitski Abxaziya, Dağıstan, Çeçenistan, Yuqoslaviya və Suriyadakı münaqişələrdə, həmçinin Ukraynaya qarşı müharibədə iştirak edib. 

***11:38

Rusiyalı polkovnik-leytenant, 247-ci desant-hücum alayının komandiri, Rusiya Federasiyasının qəhrəmanı Dmitri Lissitski Ukraynada öldürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, hadisə Ukrayna ordusunun qisas əməliyyatı nəticəsində həyata keçirilib. 

Ağarza Elçinoğlu