UNEC-də 1-27 mart tarixlərində keçirilən və “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı yekunlaşıb.
"Unikal" xəbər verir ki, elm günündə keçirilən yekun tədbirində Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov görülən işlər barədə hesabatla çıxış edib. Professor Elm festivalı çərçivəsində “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda konfrans, eləcə də 4 dəyirmi masa, 4 elmi seminar, 6 açıq elmi-populyar mühazirə, UNEC-in dövri elmi nəşrləri, həmçinin doktorantura ilə bağlı 2 debat, bir görüş olmaqla, 18 tədbir keçirildiyini bildirib.
Eyni zamanda UNEC-in professor və müəllimlərinin kitablarından ibarət sərgisi və bir neçə nəşriyyatın iştirakı ilə kitab satış-yarmarkası təşkil olunduğunu diqqətə çatdırıb.
Prof.Zahid Məmmədov elmi nailiyyətlərin geniş ictimaiyyətə çatrıdılmasında və təbliğində, gənclərin elmi fəaliyyətə marağının artırılmasında Elm festivalının keçirilməsinin əhəmiyyətindən də danışıb.