19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.
"Unikal" xəbər verir ki, Bakıda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Halbuki “Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin yetirmələri açıblar. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.
Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.