Azərbaycanda azyaşlı uşağın məktəbin pəncərəsini sildiyinə dair görüntülər yayılıb.
"Unikal" xəbər verir ki, ARB TV-də yayımlanan “Günə Doğru” verilişində hazırlanan süjetdən aydın olur ki, görüntülər Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdəndir. Məktəbin təmizliyi şagirdin öhdəlikləri sırasında olmasa da, kimsə azyaşlıya bu işi gördürür. Üstəlik bu işi görərkən heç bir təhlükəsizlik tədbiri görülməməsi də problemin digər tərəfidir.
Yayılan video ilə bağlı təhsil müəssisəsindən heç bir açıqlama verilməyib. Məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsindən məsul şəxs Səbinə Məmmədova isə açıqlamasında qeyd edib ki, “videoda görünən uşaq həmin məktəbin şagirdi deyil, məktəbdə çalışan xadimənin öz övladıdır”.