Kadir Doğulu və Neslihan Atagül Doğulu cütlüyünün baş rolda oynadığı "Gecenin ucunda" serialı ilə bağlı qərar verilib.
"Unikal" xəbər verir ki, serialın eyni zamanda prodüseri olan Kadir Doğulu "Gecenin ucunda"nın finala çıxmayacağını, lakin yaxın zamanda ekran işini bitirəcəklərini açıqlayıb.
"Son qərarı vermədik. İstədiyimiz epizod limitində bitiririk. Türkiyə televiziyalarında yaxşı getsəydi, o zaman reytinq fərqli ola bilərdi. Xaricdə böyük uğurlarımız oldu, dünyada və beynəlxalq mediada böyük diqqət çəkdik. Serialımız dünyanın bir çox ölkəsinə satıldı. Rekord vurduq”.