Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib.
"Unikal" xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.
F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub.
"Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - Britaniya səfiri bildirib.