Türkiyə və Azərbaycan TANAP vasitəsi ilə qazın Macarıstana çatdırılması üçün hər cür dəstək verməyə hazırdır.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu məsələdə “işlər qərarlılıqla davam edir”.