ABŞ-ın 2022-2024-cü maliyyə illərində dünyada “demokratiyaya dəstək” üçün xərcləmələri 9,5 milyard dollar təşkil edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin çərşənbə günü, martın 29-da dərc olunmuş bəyanatında deyilir.

“2022, 2023 və 2024-cü maliyyə illərində Birləşmiş Ştatlar dünyada demokratiya, insan haqları və yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoyub”, - sənədin mətnində bildirilir.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ABŞ dünyanın müxtəlif yerlərində baş verən müharibələrin sayına görə “çempion” olub. Onun fikrincə, Vaşinqton dövlətlərin suverenliyini pozur, “doğru yerdə və yersiz demokratik şüarlar elan edir”.

Fevralın 21-də ABŞ prezidenti Co Bayden Varşavaya səfər edib və burada 20 dəqiqəlik çıxış edib.