Dövlət Dəniz və Liman Agentliyi və “BOS Şelf” MMC-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, aksiya Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində baş tutub. Sözügedən ərazidə torpaq-iqlim şəraitinə uyğun olaraq 100 ədəd zeytun ağacı əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələrini davam etdirmək, ekologiyanı qorumaq və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.