Kristiano Ronaldo "Mançester Yunayted" futbol klubunda oynadığı zaman klubun kapitanı olmaq istəyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu onu komandanın kapitanı təyin etməsi barədə baş məşqçi vəzifəsini icra edən Ralf Ranqnikə müraciət edib. 

Alman mütəxəssis hücumçunun bu arzusunu yerinə yetirmədiyinə görə tərəflər arasında mübahisələr yaranıb.

Qeyd edək ki, 38 yaşlı futbolçu ötən il noyabrın sonunda "Mançester Yunayted"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqavilə imzalayıb.

Ağarza Elçinoğlu