Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edə biləcək.