"Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fəzail İbrahimli deyib.
O bildirib ki, Azərbaycan 70 il kommunist rejimi dövründə yaşayıb: "Bu ideologiyanın ana xətti ondan ibarət idi ki, din xalq üçün tiryəkdi. Bu ideologiyanın təsiri altında yeni nəsil böyüdü, kommunist əxlaqı yarandı. SSRİ adlanan məkanda dinsiz bir dünya həyat sürməyə başladı. Onun özü də sonda məscidlərin, kilsələrin fəaliyyətinə rəvac verdi. O rejimdə müsəlmanlara münasibət fərqli idi. İnsanları dinsiz etmək olmadı. Azərbaycan islam əxlaqı ilə yaşadığı üçün ondan kənara çıxa bilmir, bilmədi və bundan sonra da çıxa bilməz".
Deputat qeyd edib ki, düyada din qədər insana təsir edən ikinci bir cəbhə yoxdur. O əlavə edib ki, Azərbaycan hazırda özünün ən şərəfli səhifəsini yaşayır.
Anar Kəlbiyev