İranın Suriyadakı keçmiş səfiri Mehdi Subhani ölkəsinin Ermənistandakı yeni səfiri təyin edilir.
"Unikal" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələrlə hesabatında bildirilib.
Qeyd edilib ki, Mehdi Subhani Ermənistandakı səfir Abbas Bədəxşan Zohurinin yerinə təyin olunur.
O da vurğulanıb ki, Mehdi Subhani təcrübəli diplomatdır.
Qeyd edək ki, bu yaxınlarda Mehdi Subhani İranın Suriyadakı səfiri vəzifəsindən geri çağırılıb. Onu Hüseyn Əkbəri əvəz edib.