KTMT ölkələri hərbi təlimlər keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.
Təlimlər Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində baş tutacaq.
Təlimlərə KTMT-yə üzv dövlətlərin dövlət təhlükəsizlik orqanları, polis qüvvələri, Daxili İşlər və Xarici İşlər nazirlikləri cəlb olunacaq.
Məlumata görə, martın 28-30-da Moskvada Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə tədbirlərin planlaşdırılması ilə bağlı danışıqlar aparılıb.