Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

"Unikal" “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.

Onlar “Müsəlman Birliyi Hərəkatı”nın üzvü Fədail Şükürov, Şəmkir sakinləri - Yavər İsmayılzadə, Anar Şöhləyev, Vüsal və İlyas adlı şəxslərdir.

***

09:30

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Unikal" “MOUZE” “Telegram” kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb. Onların arasında şəbəkə üzvlərinin “ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.