Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi İnnovasiyalar Mərkəzində Tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, Tədris işləri üzrə prorektor Rafail Novruzov, elmi katib, Elmi İnnovasiyalar Mərkəzinin direktoru Bəxtiyar Rüstəmov, Tədris hissəsinin müdiri Nazim Abbasov, professor-müəllim və inzibati heyət, həmçinin “İdman tibbi və menecment” və “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq” fakültələrinin tələbələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində Bəxtiyar Rüstəmovun giriş sözü ilə çıxışından sonra tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov ermənilərin tarix boyu təcavüzkar siyasəti, zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırım aktları, Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə ermənilər tərəfindən törədilən vəhşiliklər, 1918-ci ilin qanlı mart hadisələri haqqında geniş məlumat verib.

Dəyirmi masa iştirakçılarının tarixi faktlarla bağlı disskusiyalarının ardınca faciədən bəhs edən “31 Mart soyqırımı” adlı film və kitab sərgisi nümayiş olunub.