İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlyan iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.
Qeyd edək ki, martın 6-da Ali Məhkəmənin əvvəlki sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.
Anar Kəlbiyev