Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.
"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - FHN-dən qeyd edilib.