Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"Unikal" xəbər verir ki, Rəşad Nəbiyev vətəndaşları Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 10 aprel 2023-cü il tarixində saat 10:00-da qəbul edəcək.
Qəbula yazılmaq üçün 8 aprel 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.