Bir neçə gün əvvəl külək paytaxtın Xətai rayonunda binanın penoplast üzlüyünü qoparıb.
İcra hakimiyyətindən "Unikal"a bildirilib ki, Xətai rayonu, Sabit Orucov küçəsi 2 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binası Kooperativ binadır:
"Binanın fasadında və daxilində təmir işlərinin aparılması, saxlanılması işlərini binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən həyata keçirilir. Kooperativ binanın sədri ilə yerində görüşülmüş, binanın idarəetməsindən irəli gələn öhdəliklərin icra olunması və qeyd olunan problemlərin aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunmuş və müvafiq tapşırıqlar verilmişdir".