Çeçenistan rəhbəri Ramzan Kadırovun hərbçiləri Moskva sakinlərini müharibə ilə hədələyib. 

"Unikal" xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə video yayıblar. 

Məlumata görə, hərbçilərin sərt reaksiyasına səbəb Moskvada məscidin tikintisinə etirazlar olub.

"Sizi xəbərdar edirik! Əgər siz Uca Allahın iradəsinə qarşı olsanız, biz də sizinlə döyüşəcəyik. Bizim üçün fərqi yoxdur ki, kimə qarşı mübarizə aparırıq", - hərbçilərdən biri qeyd edib. 

Öz növbəsində Çeçenistan rəhbəri Ramzan Kadırov da öz "Telegram" kanalında Moskvada keçirilən etiraz aksiyalarına münasibət bildirib. O, rusları pravoslavlar üçün müqəddəs yerdə məscid tikintisinə qarşı çıxan qorxaq və təxribatçı adlandırıb.

Ağarza Elçinoğlu