Rusiyada kriminal aləmdə "Xobot" və ya "Andrey Piterski" kimi tanınan 62 yaşlı "qanuni oğru" Andrey Voznesenski azadlığa buraxılıb.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, yeddi dəfə məhkum olunmuş "qanuni oğru" 2021-ci ilin iyulunda dələduzluğa görə altı il yarım həbs cəzası alıb.
Bildirilir ki, Voznesenski xüsusi rejimli cəzaçəkmə müəssisəsində imiş. Onun vaxtından əvvəl azadlığa buraxılmasına səbəb görmə qabiliyyətinin pisləşməsi olub. Tulanın Leninski Rayon Məhkəməsi "qanuni oğru"nun səhhətinə görə azadlığa buraxılmasını təsdiqləyib.
Gülayə Mecid