Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir, çünki Vaşinqton Kiyevi silahla təmin edir və bu tədarükləri artırmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ."Biz həqiqətən müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalı nasistlər ilk növbədə Amerika silahları ilə vuruşurlar və Amerika administrasiyası getdikcə daha çox uzaq mənzilli və ölümcül sistemlər tədarük etməklə hədələyir", - rusiyalı nazir sualı cavablandırarkən deyib.
Buna baxmayaraq, Lavrovun fikrincə, ABŞ-la münasibətlər saxlanılmalıdır. “Biz ümidimizi itirmirik ki, amerikalılar ayılacaqlar və onlar bir növ dialoqu bərpa edəcəklər”, o əlavə edib.